m10 pulqabın yalnız sənin şəklini tanıyacaq. Biz onu yüksək səviyyədə şifrələyəcəyik və heç kim səndən başqa tətbiqə daxil ola bilməyəcək
Səndən başqa heç kim m10 tətbiqinə daxil ola bilməz
Bu nəyə lazımdır:
Biz daim sənin təhlükəsizliyin haqda düşünürük. Və m10 tətbiqinə sürətlə və rahat daxil olmaq üçün biz ağıllı bir üsul tapdıq. İndi telefonun oğurlansa belə və ya şifrəni görsələr də, səndən başqa heç kim məlumatlarından istifadə edə bilməyəcək.
Sadəcə telefonun ön kamerası ilə öz şəklini çək və tətbiqə yüklə.
m10-id necə ayarlanmalıdır:
m10 tətbiqini telefonuna yükləyəndən və ya yeniləyəndən sonra “üztanıma” funksiyasını görəcəksən.Sistemdən çıxıb və təkrar daxil olandan sonra yaxud silib yenidən yükləyəndən sonra, sən onu avtomatik istifadə edə biləcəksən.
m10 pulqabın yalnız sənin şəklini tanıyacaq. Biz onu yüksək səviyyədə şifrələyəcəyik və heç kim səndən başqa tətbiqə daxil ola bilməyəcək
m10-id pullarının və məlumatlarınıntam təhlükəsizliyinə zəmanət verir
ƏtraflAmma heç vaxt əsas təhlükəsizlik qaydasını unutma. Bu barədə aşağıda qısaca yazmışıq
Bəli, m10 pullarını qoruyur. Pullarının təhlükəsizliyini təmin etmək üçün komandamız yorulmadan bütün lazımi tədbirləri həyata keçirir.
Sən m10-a tam etibar edə bilərsən. Biz sənin m10-da pullarının təhlükəsizliyini təmin etmək üçün 24/7 çalışırıq və ən müasir müdafiə sistemlərini tətbiq edirik. Lakin bəzi m10 istifadəçiləri dələduzlarla qarşılaşır. Lütfən diqqətli ol və
- bank kartının nömrəsini
- bank kartının CVV şifrəsini
- OTP kodunu (SMS ilə göndərilən kod)heç kimə VERMƏ, GÖNDƏRMƏ, GÖSTƏRMƏ və heç kimlə PAYLAŞMA!!!
Bu sadə prinsipə riayət etməklə, pullarını potensial risklərdən qorumuş olacaqsan.
m10 əməkdaşları səninlə yalnız şirkətin rəsmi e-mail ünvanı və ya 0124044114 nömrəsi ilə əlaqə saxlaya bilər. Əməkdaşlarımız heç bir halda bank kartının məlumatlarını, CVV şifrəsini və ya OTP-kodunu, hər hansı əməliyyatın həyata keçirilməsi üçün səndən tələb etmir.
Əgər “PashaPay” və ya “m10” adından səninlə əlaqə saxlayıb həmin məlumatları tələb etsələr, bil ki, bu şəxslərin bizim şirkətə heç bir aidiyyəti yoxdur. Ehtiyatsızlıqdan məlumatlarını digər (üçüncü) şəxslərlə paylaşıb elektron pul qabından ya hesabından oğurluq halı ilə üzləşdiyin zaman, “PashPay” heç bir məsuliyyət daşımayacaq.
Həmişə ayıq-sayıq olmağı və məxfi məlumatlarla ehtiyatla davranmağı tövsiyə edirik. Şübhəli yaxud xoşagəlməz hallarla üzləşsən, lütfən aşağıdakı addımları at:
• Tətbiqi blokla - Bizim Çağrı Mərkəzinə *8810 nömrəsinə zəng et.
• Zəng et – 102 qaynar xəttinə və ya Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət et.
• Mühüm məlumatları yadda saxla - Hadisəni araşdırmaq üçün bizə istənilən məlumat lazım ola bilər.
Sənin təhlükəsizliyin bizim prioritetimizdir və biz daim səni hər addımda dəstəkləməyə hazırıq.
Üztanıma m10 pulqabısında qeydiyyatdan keçmək üçün əlavə təhlükəsiz təsdiqləməüsuludur. Bu təsdiqləmə üsulu biometrik məlumatlardan istifadə etdiyi üçün şifrələrdən daha təhlükəsizdir. m10-da qeydiyyatdan keçmək və pulqabını digər cihazda istifadə etmək istədiyin zaman kimliyini yoxlamaq üçün üzünü skan etməyin istəniləcək.Bununla bərabər qeydiyyat zamanı sənə SMS vasitəsilə təsdiq üçün OTP-kod göndəriləcək.
m10 tətbiqini yüklədikdən və ya yenilədikdən sonra istifadəçi ekranında “üztanıma” funksiyası aktiv olacaq.Profildən çıxıb yenidən daxil olmaqla və ya tətbiqi silib yenidən yükləməklə, üztanıma funskiyasından avtomatik istifadə edəcəksən.
Bu təsdiqləmə üsulu sürətli, təhlükəsiz və rahat olduğundan, üztanıma OTP-koddan əlavə olaraq m10-nun təhlükəsizlik vasitələrinə əlavə olunmuşdur. Üztanımafunksiyasının köməyi ilə yalnız üzünü telefonun ön kamerası ilə qeyd etməklə, tətbiqi açmaq mümkün olacaq və bununla da pulqabının təhlükəsizliyini təmin etmiş olacaqsan.
Xeyr, qeydiyyat zamanı və yeni cihazdan istifadə zamanı üzünün təsdiqlənməsimütləqdir.
Üzün haqda məlumat yalnız təsdiqləmə məqsədləri üçün istifadə olunacaq və heç bir kənar tərəflə paylaşılmayacaq. Şəxsi məlumatlarının istifadəsi haqda Qaydalar və Şərtlərlə BURADA tanış ola bilərsən.
Üztanıma ön kamerası olan bütün Android və iOS mobil cihazları üçün əlçatandır.
Bənzər əkizlərin oxşar üz quruluşlarına sahib olduqları üçün üz yoxlanışından keçmələri mümkündür. Bununla belə, istifadəçilərin əksəriyyəti üçün alqoritmimiz oxşarları fərqləndirə biləcək.
Üztanıma funksiyasından aşağıdakı hallarda yenidən keçmək məcburiyyəti yaranır:
· Digər bir cihazda m10 hesabına daxil olan zaman;
· Əgər eyni cihazda istifadəçi adından çıxıb yenidən giriş edilərsə;
· m10 tətbiqini silinib yenidən yüklənərsə.