Beynəlxalq köçürmələr

Nəqliyyatı m10-la ödə

25 000 ₼-dək kredit əldə et!

m10-u yüklə

Yükləmək üçün telefonun kamerası ilə QR kodu skan et

Xidmətlər

Maliyyə

Yerli

KriptoBro!

m10-la Binance balansını artır və ya vəsaitini çıxar!

• Vasitəçi olmadan
• Təhlükəsiz
• Birbaşa m10-a

Balans artırmaq: 1% komissiya
m10-a çıxarış: 1,5%

700 000 nəfər hər gün m10-dan istifadə edir

Texniki dəstək

24/7 əlaqədəyik — zəng et və ya çatda bizə yaz

Ətraflı

Təhlükəsizlik

Səndən başqa heç kim pulqabına giriş əldə edə bilməz

Ətraflı

Tətbiqin reytinqi

2.5M yükləmə

PashaPay tərəfindən yaradılıb

Biz Bir ekosisteminin bir hissəsiyik

Tez-tez verilən
suallar

m10 tətbiqində necə qeydiyyatdan keçim?

Çox sadə. Heç 2 dəqiqə vaxtını almayacaq.
• “AppStore” və ya “Google Play Market”də m10 tətbiqini tap və smartfonuna quraşdır.
• Telefon nömrənlə qısa zamanda qeydiyyatdan keç.
Vəssalam. m10 tətbiqini istifadə etməyə hazırsan.

m10 ilə harada ödəyə bilərəm?

20.000-dən çox satış nöqtəsi m10 ilə ödənişi dəstəkləyir. Tərəfdaşların ətraflı siyahısını tətbiqdə görəcəksən. m10 ilə alış-verişlərini QR kod vasitəsilə et və xərclədiyin məbləğin 2%-ni bonuslar ilə geri qaytaracağıq.

m10-da necə qazana bilərəm?

m10 həmişə qazandırır. Kommunal xidmətlər, internet, mobil rabitə və mağazalarda QR vasitəsilə edilən ödənişlərə görə xərclədiyin məbləğin 2%-ni bonuslar ilə geri qaytaracağıq.

Ödəniş şablonları necə yarada bilərəm?

Biz bunu sənin əvəzinə artıq etdik. İndi tez-tez etdiyin ödənişlər avtomatik olaraq "Ödənişlərim" hissəsinə əlavə olunur. Onların adını rahat dəyişdirə və silə bilərsən.

Doğrudur ki, m10-dan pullar oğurlanır?

Sən m10-a tam etibar edə bilərsən. Biz sənin m10-da pullarının təhlükəsizliyini təmin etmək üçün 24/7 çalışırıq və ən müasir müdafiə sistemlərini tətbiq edirik. Lakin bəzi m10 istifadəçiləri dələduzlarla qarşılaşır. Lütfən diqqətli ol və
• bank kartının nömrəsini
• bank kartının CVV şifrəsini
• OTP kodunu (SMS ilə göndərilən kod)
heç kimə VERMƏ, GÖNDƏRMƏ, GÖSTƏRMƏ və heç kimlə PAYLAŞMA!!!Bu sadə prinsipə riayət etməklə, pullarının potensial risklərdən qorumuş olacaqsan.

m10-da nömrəmi necə dəyişim?

Təəssüf ki, hazırda nömrəni dəyişə bilmirik. Amma sən başqa nömrə ilə qeydiyyatdan keçə və bir neçə m10 hesabından istifadə edə bilərsən.

m10-da köçürmələrə komissiya tətbiq olunur?

Pulqabılar arasında edilən köçürmələrə  komissiya tətbiq olunmur. Pulqabından karta köçürmələrdə müəyyən limit və kiçik komissiya tətbiq olunur. 5000₼-dan çox köçürmələrdə məbləğin 0.5%-nə komissiya tətbiq olunacaq. 20000 ₼-dan çox köçürmələrdə məbləğin 0.3%-nə komissiya tətbiq olunacaq.

m10-da 300 azn limit nə deməkdir?

m10-da FİN qeydiyyatından keçməmiş istifadəçilərin balansı 1 ay ərzində 300 azn-ı keçməməlidir. Eyni zamanda 1 ay ərzində m10-da edilən ödənişlərin cəmi (Bakıkart, QR və tətbiqdaxili ödənişlər) 300 azn-ı keçməməlidir.

m10-da FİN qeydiyyatım yoxdursa, balansımı necə artıra bilərəm?

m10 balansını bank kartı və ya Milliön terminalları vasitəsilə artıra bilərsən. Balansın 1 ay ərzində 300 AZN-ı keçməməlidir.

m10-da FİN qeydiyyatım yoxdursa, hansı əməliyyatları yerinə yetirə bilərəm?

FİN qeydiyyatı olmadan yalnız BakıKart, QR və tətbiqdaxili ödənişlər mümkündür. m10-da FİN qeydiyyatından keçməmiş istifadəçilərin balansı 1 ay ərzində 300 azn-ı keçməməlidir. Eyni zamanda 1 ay ərzində m10-da edilən ödənişlərin cəmi 300 azn-ı keçməməlidir.

m10 daxilində 300 AZN dövriyyə limitinin aradan qaldırılması üçün nə etməliyəm?

Bunun üçün m10 tətbiqində FİN qeydiyyatından keçmək lazımdır.

m10-da FİN qeydiyyatdan keçməmişəmsə, hansı funksiyalardan istifadə edə bilməyəcəm?

m10-da FİN qeydiyyatın yoxdursa, nağdlaşdırma, m10-dan m10-a və ya bank kartına köçürmə, kredit götürmə və beynəlxalq köçürmə almaq mümkün deyil. Bunun üçün m10-da FİN qeydiyyatından keçmək zəruridir.

m10-da bonuslar qazanmaq üçün nə etməliyəm?

Bunun üçün m10 tətbiqində FİN qeydiyyatdan keçmək zəruridir.

m10-da FİN qeydiyyatım yoxdursa, mənim hesabıma pul göndərilə bilər?

Bəli, m10-da FİN qeydiyyatı olan istifadəçilər FİN qeydiyyatından keçməmiş istifadəçilərə pul göndərə bilərlər. Lakin qeyd etməliyik ki, FİN qeydiyyatı olmayan istifadəçilərin m10 vasitəsilə 1 ay ərzində həyata keçirə biləcəyi əməliyyatların ümumi limiti 300 AZN-dir.