Beynəlxalq köçürmələr

Nəqliyyatı m10-la ödə

25 000 ₼-dək kredit əldə et!

m10-u yüklə

Yükləmək üçün telefonun kamerası ilə QR kodu skan et

Xidmətlər

Maliyyə

Yerli

KriptoBro!

m10-la Binance balansını artır və ya vəsaitini çıxar!

• Vasitəçi olmadan
• Təhlükəsiz
• Birbaşa m10-a

Balans artırmaq: 1% komissiya
m10-a çıxarış: 1,5%

700 000 nəfər hər gün m10-dan istifadə edir

Texniki dəstək

24/7 əlaqədəyik — zəng et və ya çatda bizə yaz

Ətraflı

Təhlükəsizlik

Səndən başqa heç kim pulqabına giriş əldə edə bilməz

Ətraflı

Tətbiqin reytinqi

2.5M yükləmə

700 000 nəfər hər gün m10-dan istifadə edir

Texniki dəstək

24/7 əlaqədəyik — zəng et və ya çatda bizə yaz

Ətraflı

Təhlükəsizlik

Səndən başqa heç kim pulqabına giriş əldə edə bilməz

Ətraflı

Tətbiqin reytinqi

2.5M yükləmə

Biz Bir ekosisteminin bir hissəsiyik

Tez-tez verilən
suallar

m10 tətbiqində necə qeydiyyatdan keçim?

m10 tətbiqində qeydiyyatdan keçmək çox sadədir və cəmi bir neçə dəqiqə çəkir. App Store və ya Google Play vasitəsilə m10 tətbiqini yüklə.

- Tətbiqi aç və telefon nömrəni daxil et.
- SMS vasitəsilə göndərilən təsdiq kodunu daxil edərək qeydiyyatı tamamla.

Bundan sonra m10 tətbiqindən istifadə edərək ödənişlər edə və pul köçürmələri həyata keçirə bilərsən.

m10 ilə harada ödəyə bilərəm?

20.000-dən çox satış nöqtəsi m10 ilə ödənişi dəstəkləyir. Tərəfdaşların ətraflı siyahısını tətbiqdə görəcəksən. m10 ilə alış-verişlərini QR kod vasitəsilə et və xərclədiyin məbləğin 2%-ni bonuslar ilə geri qaytaracağıq.

m10-da necə qazana bilərəm?

m10 tətbiqi ilə edilən ödənişlər zamanı bonuslar qazana bilərsən. Aşağıdakı ödənişlərə görə bonuslar əldə etmək mümkündür:

- Kommunal xidmətlər
- İnternet ödənişləri
- Mobil operator ödənişləri
- Kabel TV, telefon ödənişləri

Toplanan bonusları sonradan digər ödənişlərdə istifadə etmək mümkündür.

Ödəniş şablonları necə yarada bilərəm?

m10 tətbiqində tez-tez etdiyin ödənişlər avtomatik olaraq “Ödənişlərim” bölməsinə əlavə olunur.

Burada:

- Ödəniş şablonlarını saxlaya bilərsən
- Onların adını dəyişə bilərsən
- Artıq lazım olmayan şablonları silə bilərsən

Bu funksiya tez-tez edilən ödənişləri daha sürətli həyata keçirməyə kömək edir.

Doğrudur ki, m10-dan pullar oğurlanır?

m10 tətbiqi istifadəçilərin vəsaitlərinin təhlükəsizliyini qorumaq üçün müasir təhlükəsizlik texnologiyalarından istifadə edir və 24/7 monitorinq sistemi ilə işləyir.Bununla belə, istifadəçilərin də təhlükəsizlik qaydalarına riayət etməsi vacibdir.
Heç vaxt aşağıdakı məlumatları başqaları ilə paylaşma:

- Bank kartının nömrəsi
- CVV kodu
- SMS ilə gələn OTP kodu

Bu məlumatların paylaşılmaması hesabının təhlükəsizliyini qorumağa kömək edir.

m10-da nömrəmi necə dəyişim?

Təəssüf ki, hazırda nömrəni dəyişə bilmirik. Amma sən başqa nömrə ilə qeydiyyatdan keçə və bir neçə m10 hesabından istifadə edə bilərsən.

m10-da köçürmələrə komissiya tətbiq olunur?

m10 tətbiqində m10 istifadəçiləri arasında pul köçürmələri komissiyasızdır.
Bank kartına köçürmələr zamanı isə köçürmə məbləğindən asılı olaraq kiçik komissiya tətbiq oluna bilər:

- 5000 AZN-ə qədər köçürmələr üçün 0.5% komissiya

- 20000 AZN-ə qədər köçürmələr üçün 0.3% komissiya

m10-da 300 azn limit nə deməkdir?

FİN qeydiyyatından keçməmiş istifadəçilər üçün m10 hesabında aylıq əməliyyat limiti mövcuddur.

Bu halda:

- Balans 300 AZN-dən çox ola bilməz
- Aylıq ödənişlərin ümumi məbləği 300 AZN-i keçə bilməz

m10-da FİN qeydiyyatım yoxdursa, balansımı necə artıra bilərəm?

FİN qeydiyyatı olmadan balansı artırmaq mümkündür.Balansını aşağıdakı üsullarla artıra bilərsən:

-Bank kartı vasitəsilə
- MilliÖn terminalları vasitəsilə

Lakin balansın aylıq limiti 300 AZN-dən çox ola bilməz.

m10-da FİN qeydiyyatım yoxdursa, hansı əməliyyatları yerinə yetirə bilərəm?

FİN qeydiyyatı olmadan m10 tətbiqində aşağıdakı əməliyyatları həyata keçirmək mümkündür:

- BakıKart ödənişləri
- QR kod ilə ödəniş
- Tətbiqdaxili ödənişlər

m10-da FİN qeydiyyatından keçməmiş istifadəçilərin balansı 1 ay ərzində 300 azn-ı keçməməlidir. Eyni zamanda 1 ay ərzində m10-da edilən ödənişlərin cəmi 300 azn-ı keçməməlidir.

m10 daxilində 300 AZN dövriyyə limitinin aradan qaldırılması üçün nə etməliyəm?

m10 tətbiqində 300 AZN dövriyyə limitini aradan qaldırmaq üçün FİN qeydiyyatından keçmək lazımdır.
FİN qeydiyyatını tamamladıqdan sonra hesab üzrə məhdudiyyətlər aradan qalxır və tətbiqin bütün funksiyalarından istifadə etmək mümkün olur.

m10-da FİN qeydiyyatdan keçməmişəmsə, hansı funksiyalardan istifadə edə bilməyəcəm?

FİN qeydiyyatı olmayan istifadəçilər aşağıdakı əməliyyatları edə bilməz:

- Nağdlaşdırma
- Bank kartına köçürmə
- m10-dan m10-a köçürmə
- Kredit götürmə
- Beynəlxalq köçürmələr

Bu funksiyalardan istifadə etmək üçün FİN qeydiyyatından keçmək lazımdır.

m10-da bonuslar qazanmaq üçün nə etməliyəm?

m10 tətbiqində bonuslar qazanmaq üçün FİN qeydiyyatından keçmək lazımdır.
FİN qeydiyyatını tamamladıqdan sonra edilən ödənişlərə görə bonuslar əldə etmək mümkündür.

m10-da FİN qeydiyyatım yoxdursa, mənim hesabıma pul göndərilə bilər?

Bəli, FİN qeydiyyatı olan istifadəçilər FİN qeydiyyatı olmayan istifadəçilərə pul göndərə bilərlər.Lakin bu halda hesab üzrə aylıq əməliyyat limiti 300 AZN olacaq.